Finss.az xəbər verir ki, birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025/26 məhsul ilində (iyul-iyun) dünya taxıl yığımı proqnozunu rekord səviyyəyə - 2 milyard 961 milyon tona yüksəldib. FAO-nun icmalına əsasən, bu, iyulda proqnozlaşdırılandan 35,6 milyon ton və ötən mövsümün məhsulundan 3,5% çoxdur. Proqnoz artımı qaba taxıl məhsulunun yaxşılaşdırılması perspektivləri ilə bağlıdır. “Yuxarıya doğru yenidən işlənmiş proqnoza görə, dünya qaba taxıl istehsalı 1 milyard 601 milyon tona çatacaq ki, bu da iyul ayı ilə müqayisədə 36,1 milyon ton, keçən məhsul ilindən isə 88,6 milyon ton (5,9%) çoxdur”, - icmalda deyilir. Bu düzəliş, ilk növbədə, ABŞ-da qarğıdalı istehsalının əhəmiyyətli dərəcədə artması ilə izah olunur. Bundan əlavə, Braziliya və Meksikada qarğıdalı məhsulu proqnozları artırılıb. Bu arada, AB məhsul təxminləri quraq hava səbəbindən aşağı salınıb.